CƏMİYYƏT


Maksim Sokolyuk: Azərbaycanın miqrasiya sahəsindəki təcrübəsini öyrənəcəyik

Bakı, 19 sentyabr, AZƏRTAC

Biz Azərbaycanın miqrasiya sahəsindəki təcrübəsini öyrənəcəyik.

Bunu AZƏRTAC-a müsahibəsində ölkəmizdə səfərdə olan Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Maksim Sokolyuk deyib.

Maksim Sokolyuk bildirib: “Azərbaycanın və Ukraynanın miqrasiya xidmətləri arasında ümumi cəhətlərin çox olduğunu görürük. Azərbaycanın Dövlət Miqrasiya Xidmətində keçirdiyimiz görüşdə biz ölkələrimizdə yaşayan xarici vətəndaşlarla bağlı məsələləri, həmçinin Ukraynada azərbaycanlıların və Azərbaycanda ukraynalıların yaşaması, onların qalma qaydaları, məsuliyyətləri barədə danışdıq. Biz öz təcrübəmizi bölüşməyə hazırıq. Biz də Azərbaycanın bu sahədəki təcrübəsini öyrənəcəyik. Ukrayna Avropa İttifaqı ilə vizasız rejimə keçib, ona görə burada bəzi fərqlər mövcuddur”.

Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin rəhbərini Ukraynaya səfərə dəvət etdiyini deyən M.Sokolyuk qeyd edib ki, bizim burada gördüyümüz sistem yaxşıdır, kifayət qədər yenidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.