DÜNYA
Malayziya Cənub-Şərqi Asiyada vahid vaksin sertifikatının tətbiq olunmasını təklif edir
Tokio, 21 fevral, AZƏRTAC
Malayziya hökuməti Cənub-Şərqi Asiyada vahid vaksin sertifikatının tətbiq olunmasını təklif edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Malayziyanın Nəqliyyat naziri Vi Ka Sion məlumat verib.
“Biz Səhiyyə Nazirliyi və Elm, Texnologiya və İnnovasiyalar Nazirliyi ilə koronavirusa qarşı peyvənd vurulan insanlara vahid sertifikatın verilməsi məsələsini müzakirə etmişik. Bu məsələni Xarici İşlər Nazirliyi vasitəsilə regionun digər ölkələrinə çatdırmağı planlaşdırırıq”, - deyə Nəqliyyat naziri bildirib. Vi Ka Sion bu məsələni sinqapurlu həmkarı ilə müzakirə etdiyini də əlavə edib.
Nazir, həmçinin ümidvar olduğunu bildirib ki, bu təklifin qəbulu peyvənd vurulmuş malayziyalı səyyahların ətraf ölkələrə səfər etmələrinə və bu zaman karantində qalmamalarına şərait yaradacaq. Beləliklə, regionda aviaəlaqə bərpa olunacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]