DÜNYA


Malayziya Kralı “Miss Moskva-2015” müsabiqəsinin qalibi ilə evlənib

Tokio, 27 noyabr, AZƏRTAC 

Malayziya Kralı, Kelantan Sultanı V Məhəmməd “Miss Moskva-2015” müsabiqəsinin qalibi Oksana Voyevodina ilə evlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Islam News agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, toy mərasimi Moskva yaxınlığında yerləşən Baravixada keçirilib. Qeyd olunur ki, spirtli içkisiz keçirilən ziyafətdə gəlin milli rus, bəy isə milli malay geyimində olublar.

Xatırladaq ki, Oksana Voyevodina Moskvanın ən gözəl qızı adını 22 yaşında qazanıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.