DÜNYA


Malayziya Kralı Türkiyənin “Şərəf” ordeni ilə təltif olunub

Malayziya Kralı Türkiyənin “Şərəf” ordeni ilə təltif olunub

Ankara, 17 avqust, AZƏRTAC

Malayziyanın Kralı Abdullah Riayatuddin əl-Mustafa Billah Şah Türkiyə Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, ali mükafat dost ölkənin Kralına Ankarada Prezident Administrasiyasında dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunub.

Qeyd edək ki, avqustun 21-dək davam edəcək səfər çərçivəsində Türkiyə-Malayziya münasibətlərin inkişaf dinamikasını xarakterizə edən proqramlar müzakirə olunacaq. Tərəflər “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə qaldırılan münasibətləri inkişaf etdirməkdə maraqlıdır.

 
Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.