Malayziya agentliyi Azərbaycanın yol infrastrukturuna verilən yüksək qiymət barədə AZƏRTAC-ın məlumatını yayıb
AzerTAg.az
Kuala Lumpur, 27 noyabr, AZƏRTAC
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Dünya İqtisadi Forumu (WEF) tərəfindən Azərbaycanın yol infrastrukturuna verilən yüksək qiymət barədə AZƏRTAC-ın məlumatını yayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Dünya İqtisadi Forumunun Hesabatında Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə 27-ci yerdədir” adlı məlumatda WEF tərəfindən yayımlanan 2019-cu il Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın 5,2 bal toplayaraq 141 ölkə arasında yol infrastrukturunun keyfiyyətinə görə 27-ci yerdə qərarlaşdığı bildirilir.
Məlumatda bildirilir ki, 2006-2019-cu illər ərzində Azərbaycan üçün orta göstərici 4,08 bal, 2006-cı ildə minimum 3,32 bal və 2019-cu ildə maksimum 5,2 bal təşkil edib.
Əlavə olaraq müqayisə üçün qeyd edilir ki, 2019-cu ildə 141 ölkə üzrə dünya orta bal 4,07 olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur

Xəbərin mətnində orfoqrafik səhv var