ELM VƏ TƏHSİL


Malayziya ilə ali təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 17 noyabr, AZƏRTAC

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin və Azərbaycanın Malayziyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Malayziyanın MARA Texnologiya Universiteti (UiTM) və Azərbaycanın ali təhsil müəssisələri arasında mümkün əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə ilk onlayn tanışlıq görüşü olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan tərəfindən ölkəmizin Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq, Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universitetinin müvafiq sahə üzrə prorektorları, Malayziya tərəfindən isə UiTM-in vitse-kansleri professor Hajah Roziah Mohd Janor, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Hajah Zainab Haji Mohd Noor, dekanlar və digər əməkdaşlar iştirak ediblər.

Hər iki tərəf təqdimatla çıxış edib, tibb, bərpa olunan enerji, hüquq və digər ixtisaslar üzrə mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər. İkili diplom proqramlarının təsis edilməsi, tələbə-müəllim mübadiləsi və birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsindən bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.