DÜNYA


Malayziya məhkəməsi sabiq Baş Nazirlə bağlı işə baxılmasını təxirə salıb

Tokio, 19 avqust, AZƏRTAC

Malayziyanın Ali Məhkəməsi sabiq Baş Nazir Nacib Razakın da ittiham edildiyi “1MDB” dövlət investisiya fondunda rüşvət, oğurluq, çirkli pulların yuyulması ilə bağlı avqustun 19-na təyin edilmiş işə baxılmasını təxirə salıb.

AZƏRTAC BERNAMA agentliyinə istinadla xəbər verir ki, iclasın vaxtı sentyabrın 26-na dəyişdirilib. Prokurorluq hökumətin sabiq başçısına qarşı 42 maddə üzrə 681 milyon dollarlıq ittiham irəli sürüb. Müttəhim ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, bunların siyasi sifariş olduğunu bildirir. Məhkəmə vaxtı 60-dan çox şahidin dindiriləcəyi gözlənilir.

Bununla yanaşı, avqustun 19-da “SRS International” dövlət investisiya fondunda mənimsəmələrlə bağlı məhkəmə dinləmələri bərpa edilib. Prokurorluq Nacib Razakı 11,5 milyon dollar vəsaiti mənimsəməkdə günahlandırır. Ali Məhkəmədə bununla bağlı dinləmələr aprelin 3-də başlanıb. Lakin vəkillərin daimi ərizələri nəticəsində iclaslar təxirə salınsa da, son nəticədə bu iki işi birləşdirmək qərara alınıb.

Müttəhimin ən azı bir neçə maddə ilə 20 il müddətinə azadlıqdan məhrum edilməsi və ona fiziki cəza verilməsi nəzərdə tutulur. Bununla yanaşı, müttəhim vurduğu ziyanın beş qatı məbləğində cərimə də oluna bilər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.