DÜNYA


Malayziyada brakonyerliyə görə rekord cərimə təyin olunub

Bakı, 16 may, AZƏRTAC

Malayziyanın şimalında yerləşən Kuala-Trenqanu şəhərinin məhkəməsi iki vyetnamlı brakonyerə rekord məbləğdə - 375 min dollar cərimə təyin edib.

AZƏRTAC “The Star” qəzetinə istinadla xəbər verir ki, 2019-cu ilin aprelində həbs olunan Vyetnam vətəndaşlarından onlarla bəbir, tapir və malay ayısı dərisi aşkarlanıb.

Məhkəmənin qərarına əsasən, cərimədən əlavə brakonyerlər iki il həbs cəzasına məhkum olunub. Cərimə ödənilməsə, onlar 16 il azadlıqdan məhrum ediləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.