DÜNYA
Malayziyada korrupsiya qalmaqalının istintaqına başlanılıb
Tokio, 22 may, AZƏRTAC
Malayziyanın Baş naziri Mahathir Məhəmməd korrupsiya qalmaqalının təhqiq olunması üçün operativ qrupa xüsusi göstəriş verib. Müstəntiqlər qrupu 700 milyon dolları Dövlət İnvestisiya Fondundan şəxsi hesabına köçürməkdə şübhəli bilinən sabiq Baş nazir Nəcib Razakın ünvanına səslənən bütün ittihamları təhqiq edəcək.
Baş nazirin kabineti yanında mülki vətəndaşların və digər hakimiyyət strukturlarının nümayəndələri qarşısında çıxış edən Mahathir Məhəmməd korrupsiyanın kökünü kəsəcəyini vəd edib. O, qalmaqalda şübhəli bilinən sabiq Nəcib Razakın ünvanına tənqidi fikirlər səsləndirib. M.Məhəmməd, həmçinin icra, qanunverici və məhkəmə hakimiyyəti strukturları arasında dəqiq sərhədin saxlanılmasına da çağırıb.
Xatırladaq ki, ötən həftə Nəcib Razakın evində axtarış aparan polis çoxlu sayda zinət əşyaları müsadirə edib. Sabiq Baş nazir özü isə heç bir qeyri-qanuni hərəkətə yol vermədiyini bildirir.
Operativ qrupun yardım üçün ABŞ, İsveçrə və digər ölkələrin hüquq müdafiə agentliklərinə müraciət edəcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]