DÜNYA


Malayziyada son 20 ildə ümumi daxili məhsulda ən böyük azalma qeydə alınıb

Tokio, 15 avqust, AZƏRTAC

Malayziyada ikinci rübün nəticələrinə görə ümumi daxili məhsulun (ÜDM) son iyirmi ildə ən böyük enişi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Malayziyanın Mərkəzi Bankının və Statistika Departamentinin yaydığı birgə bəyanatda bildirilib.

“Birinci rübdə iqtisadi inkişaf tempi 0,7 faiz təşkil edib, lakin ikinci rübdə 17,1 faiz səviyyəsində eniş qeydə alınıb”, - deyə bəyanatda qeyd edilib.

Sənəddə, eyni zamanda bildirilir ki, bu, koronavirus pandemiyası ilə əlaqədar Malayziya hökuməti və digər dünya dövlətləri tərəfindən tətbiq edilən çox ciddi məhdudiyyətlərin nəticəsidir.

Həmçinin qeyd edilir ki, karantin tədbirlərinin aradan qaldırılması iqtisadi fəallığın artmasına səbəb olacaq və bu, vəziyyəti düzəldəcək. Bununla yanaşı, proqnozlara əsasən ilin yekunlarında 3,5-5 faiz səviyyəsində iqtisadi tənəzzülün qeydə alınacağı gözlənilir. Eyni zamanda qeyd edilir ki, artıq gələn il 5,5 -8 faiz səviyyəsində artım tempi proqnozlaşdırıla bilər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.