SİYASƏT


Malayziyanın BERNAMA agentliyi Azərbaycanın Fransa səfirinə etiraz notası təqdim etməsi barədə AZƏRTAC-ın məlumatını yayıb

Kuala Lumpur, 28 noyabr, AZƏRTAC

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycanın Fransa səfirinə etiraz notası təqdim etməsi barədə AZƏRTAC-ın məlumatını yayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, agentliyin yaydığı xəbərə görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransanın bu ölkədəki səfirini nazirliyə çağırıb.

Görüşdə noyabrın 25-də Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası səfirə təqdim olunub.

Bildirilib ki, Senatın beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə zidd olan bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa diplomatının diqqətinə çatdırılıb.

Fransa səfiri Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyinin rəsmi Parisin diqqətinə çatdırılacağını bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.