DÜNYA


Malayziyanın Baş naziri Formula 1 mərhələsini ölkəsinə qaytarmaq niyyətindədir

Tokio, 14 fevral, AZƏRTAC 

Malayziyanın Baş naziri Mahathir Məhəmməd Formula 1 avtomobil yarışları üzrə dünya çempionatı mərhələsinin ölkəsinə qaytarılması niyyətində olduğunu bildirib. Malayziyada həmin yarış son dəfə 2017-ci ildə keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb.

Baş nazirin sözlərini sitat gətirən qəzet yazır: “Biz bu sahədə böyük təcrübəyə malikik. Düşünürəm ki, bu yarışların keçirilməsinə sərf edilən vəsait hədər xərclənməyib. Ümid edirəm ki, Formula 1 üzrə dünya çempionatı tezliklə Malayziyaya qayıdacaq”.

Xatırladaq ki, həmin yarışların Malayziya mərhələsi 1999-cu ildən keçirilməyə başlanıb. Həmin vaxt ölkənin Baş naziri vəzifəsini Mahathir Məhəmməd tuturdu. 2017-ci ildə Nacib Razak Baş nazir olarkən yarışlarla müqavilənin müddəti uzadılmayıb. Həmin vaxt hakimiyyət orqanları bunu tamaşaçıların marağının zəif olması, reklam həcminin azalması ilə izah ediblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.