Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Malayziyanın Baş naziri Mahathir Məhəmməddən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Malayziya Hökuməti və xalqı adından ürəkdən təbrik edirəm.

Seçkilərdəki inamlı qələbəniz ölkənizin mənafeyi naminə apardığınız müdrik və uzaqgörən siyasətinizi nümayiş etdirir. Əminəm ki, Siz qarşıdakı illərdə də Azərbaycan xalqının və dövlətinin rifahı naminə uğurlu islahatlar həyata keçirəcəksiniz.

Sizin prezidentliyinizin yeni dönəmi Malayziya ilə Azərbaycan arasında mövcud olan ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və inkişaf etməsinə təkan verəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Mahathir Məhəmməd

Malayziyanın Baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin