SİYASƏT


Malayziyanın Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edib

Bakı, 23 iyul, AZƏRTAC

Malayziyanın Baş naziri Mahathir Məhəmməd Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldini qəbul edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı Baş nazirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, VI Qlobal Bakı Forumu haqqında ətraflı məlumat verilib. Mərkəzin beynəlxalq əlaqələri, müxtəlif ölkələrdə keçirilən tədbirlər haqqında danışılıb. Qeyd olunub ki müasir dünyada qarşılıqlı dialoq, mədəniyyətlərarası yaxınlaşma olduqca mühüm əhəmiyyətə malikdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyanın müxtəlif regiolarında mövcud olan qlobal xarakterli problemlərin müzakirəyə çıxarılmasında mühüm rol oynadığı qeyd olunub. Bildirilib ki, mərkəz öz fəaliyyətində bu problemlərin həllinə töhfə verən ideya və təşəbbüslərin irəli sürülməsinə xüsusi önəm verir.

Qəbul zamanı Baş nazirə 2019-cu ildə keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumu haqqında da məlumat verilib. Malayziya Baş naziri foruma dəvət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.