DÜNYA


Malayziyanın Baş naziri Türkiyəyə səfər edəcək

Tokio, 5 iyul, AZƏRTAC

Malayziyanın Baş naziri İsmayıl Sabri Yakob Türkiyəyə səfər edəcək.

AZƏRTAC BERNAMA agentliyinə istinadla xəbər verir ki, bu barədə Malayziyanın Ankaradakı səfiri Sazali Mustafa Kamal məlumat verib. Səfir bildirib ki, Malayziya hökumətinin başçısı Ankaraya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyulun 5-də gələcək.

Malayziyalı diplomat əlavə edib ki, səfərin məqsədi ikitərəfli münasibətlərin və iqtisadi əlaqələrin möhkəmlənməsi , eləcə də aerokosmik və müdafiə sənayesi sahələrində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etməkdir. Tərəflər pandemiyadan sonrakı dövrdə Türkiyə-Malayziya əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.

Səfir, həmçinin iki ölkə liderinin görüşünün Türkiyə ilə Malayziya arasında əməkdaşlıq üçün daha geniş imkanlar açacağına əminliyini ifadə edib. Liderlərin, eyni zamanda, Ukraynadakı vəziyyət və qlobal ərzaq təhlükəsizliyinin təmini ilə bağlı fikir mübadiləsi aparacağı qeyd olunub.

Diplomat bildirib ki, Baş nazir iyulun 6-da Türkiyənin ən böyük müdafiə və aerokosmik şirkətlərini ziyarət etməyi planlaşdırır.

Məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan və İsmayıl Sabri Yakob arasında görüş iyulun 7-də keçiriləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.