YUBİLEY TƏBRİKLƏRİ


Malayziyanın Bernama xəbər agentliyinin baş direktoru
Nurini Kassim

- 1920-ci il martın 1-də yaradılan Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ı 100 illik yubileyi münasibətilə təbrik edirəm. Media mühitinin son illərdə böyük dəyişikliklərə məruz qaldığı bir dövrdə bu, AZƏRTAC-ın əlamətdar nailiyyətidir. Mən şadam ki, Malayziyanın milli xəbər agentliyi Bernama kimi AZƏRTAC da rəqəmsal dövrün çağırışlarına layiqincə cavab verə bilir. 2014-cü ildə xəbər mübadiləsi üçün imzalanan Anlaşma Memorandumundan sonra AZƏRTAC və Bernama güclü və səmimi münasibətlərə malikdir. Ümid edirəm ki, bizi uzun illər boyunca inkişaf edən əməkdaşlıq gözləyir. AZƏRTAC-ın İdarə Heyətinin sədri cənab Aslan Aslanova və AZƏRTAC-da çalışan hər kəsə ən xoş arzularımı çatdırıram.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.