Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin müstəqilliyinin 103-cü ildönümü – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına öz adımdan və Kraliça adından ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Mən məmnuniyyətlə qeyd edirəm ki, Malayziya və Azərbaycan hər zaman yaxın, səmimi münasibətlərdə olublar. Malayziya qarşılıqlı faydalı əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək üçün Azərbaycanla sıx işləməyə hazırdır.

Allah-Təala Zati-alinizə möhkəm cansağlığı, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikasına və onun xalqına, sülh və firavanlıq bəxş etsin.

 

Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah

ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billah

Malayziyanın Kralı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin