DÜNYA


Malayziyanın sabiq Baş Naziri 1MDB fondunda baş vermiş qalmaqalda təqsirli bilinib

Tokio, 28 iyul, AZƏRTAC

İyulun 28-də Malayziya məhkəməsi sabiq Baş Nazir Nacib Razakı 1MDB dövlət investisiya fondunda çoxmilyonluq korrupsiya qalmaqalında təqsirli bilib.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Məhkəmənin hökmünə əsasən, N.Razak 2014-cü ilin dekabrından 2015-ci ilin fevralınadək 1MDB fondunun hesabından 42 milyon rinqit (təqribən 9,9 milyon dollar) vəsaitin onun şəxsi hesablarına köçürülməsində təqsirli bilinib.

Qeyd edilir ki, 67 yaşlı N.Razaka qarşı çirkli pulların yuyulması, etibardan və hakimiyyətdən sui-istifadə maddələri üzrə ittiham irəli sürülüb. N.Razak bu ittihamların heç birini qəbul etmədiyini və günahı olmadığını bildirib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.