DÜNYA


Malayziyanın sabiq Baş naziri 681 milyon dollar rüşvət almaqda ittiham olunur

Bakı, 3 iyul, AZƏRTAC

Malayziyanın sabiq Baş naziri Nəcib Rezak korrupsiya ittihamı ilə maliyyə polisinin sanksiyası əsasında saxlanılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, keçmiş Baş nazir hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən evində həbs olunub. Maliyyə polisinin apardığı araşdırma zamanı Nəcib Rezakın hesabına müxtəlif şirkətlər və banklardan 681 milyon dollar pul köçürüldüyü məlum olub. Qeyd edək ki, bir müddət əvvəl sabiq Baş nazir bu məbləğin ona Səudiyyə Ərəbistanı Kral ailəsi tərəfindən hədiyyə olaraq verildiyini bildirmişdi. Malayziyanın yeni Baş naziri Mahathir Məhəmmədin göstərişi ilə aparılan istintaq işi nəticəsində isə 681 milyon dolların rüşvət məqsədilə iş adamlarından alındığı məlum olub.

Sabiq Baş nazirin yaxın zamanlarda məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.