Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyumdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Prezident seçkilərindəki qələbəniz münasibətilə Maldiv hökuməti və xalqı adından Sizi təbrik edirəm. Sizə Azərbaycanın inkişafı və tərəqqisinin, xalqınızın məqsəd və arzularının həyata keçirilməsini uğurla, müdrikliklə davam etdirməyi arzulayıram.

Maldiv və Azərbaycan ümumi dəyərlərə və ortaq maraqlara əsaslanan səmimi və uzunmüddətli münasibətlərə malikdir. Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri Sizin yeni səlahiyyətiniz müddətində xüsusilə beynəlxalq arenada daha da möhkəmlənəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına davamlı sülh və firavanlıq arzularımı qəbul etməyinizi rica edirəm.

Abdulla Yamin Abdul Qəyyum

Maldiv Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin