DÜNYA


Maldivin sabiq prezidenti partlayış nəticəsində xəsarət alıb

Bakı, 6 may, AZƏRTAC

Maldiv Respublikasının keçmiş prezidenti, hazırda Xalq Məclisinin sədri Məhəmməd Naşid Maledə baş verən partlayış nəticəsində yaralanıb.

AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, hazırda o, xəstəxanada müalicə alır.

Partlayışın eks-prezidentin evinin yaxınlığında baş verdiyi bildirilir. Asayiş keşikçiləri yerli sakinləri partlayışın baş verdiyi əraziyə getməməyə çağırıb.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.