RƏSMİ XRONİKA


Mali Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab İbrahim Bubakar Keytaya

Hörmətli cənab Keyta,

Mali Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Mali Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına və genişlənməsinə nail olacağıq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Mali xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 avqust 2013-cü il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin