Malidə hərbi əməliyyat zamanı 100 terrorçu məhv edilib
AzerTAg.az
Qahirə, 27 yanvar, AZƏRTAC
Malidə Fransa hərbçiləri və ordunun keçirdiyi birgə hərbi əməliyyat zamanı 100 terrorçunun məhv edildiyi bildirilir.
AZƏRTAC xəbər verir ki, Mali ordusunun yaydığı məlumatda daha 20 terrorçunun, habelə çoxlu sayda avtomobil və silah-sursatın ələ keçirildiyi qeyd olunub. Fransanın keçmiş müstəmləkəsi olmuş və hazırda fransız hərbi kontingentinin yerləşdiyi bu ölkənin şimalında “cihadçı” adlandırılan silahlı qruplaşma ilə döyüşlər davam edir. Malinin Burkina Faso və Niger ilə sərhədində isə qəbilələr arasında silahlı münaqişə də alovlanıb.
Mali hökuməti “Əl-Qaidə” terror təşkilatına bağlı olan silahlı qruplaşmanın tezliklə tam zərərsizləşdirəcəyini bəyan edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin mətnində orfoqrafik səhv var