Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Malik Ayyub Sumbal: Ermənistan mülki insanları hədəfə almaqla Azərbaycan Ordusunun zəfər yürüşünə mane olmaq istəyir VİDEO

Malik Ayyub Sumbal: Ermənistan mülki insanları hədəfə almaqla Azərbaycan Ordusunun zəfər yürüşünə mane olmaq istəyir VİDEO

Pekin, 30 oktyabr, AZƏRTAC

Ermənistan Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmalarının qüvvəyə minməsindən sonra mülki insanların ölümünə səbəb olan hücumlar təşkil edib. Ermənilərin mülki insanları öldürmək əməlləri, əslində, diqqəti Dağlıq Qarabağdan yayındırıb başqa istiqamətə yönəltməkdir. Ermənistanın baş naziri Nikol Paşinyanın niyyəti diqqəti Dağlıq Qarabağda gedən döyüşlərdən yayındıraraq yeni mübahisələrə səbəb olmaq və Azərbaycan Ordusunun zəfər yürüşünü dayandırmaqdır. Amma bu niyyət iflasa uğrayıb və Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edəcək.

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində tanınmış geosiyasi təhlilçi, jurnalist Malik Ayyub Sumbal deyib. O bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əsasən, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir. Azərbaycan təxminən 30 il bu qətnamələrin icrasını gözləyib. Amma ATƏT-in Minsk qrupu da daxil olmaqla, bütün vasitəçilərin ədalətin bərpasına yönələn səyləri nəticəsiz qalıb. Cari ilin iyulunda Tovuz hadisələrindən sonra münaqişənin dinamikası dəyişdi.

İndi dünya ictimaiyyətinin Ermənistanın danışıqlardan, dialoqdan kənar durduğunu, üstəlik, onun həm də təcavüzünü gördüyünü bildirən Malik Ayyub Sumbal əlavə edib ki, Ermənistan bir tərəfdən atəşkəs istəyir, digər tərəfdən isə atəşkəs razılaşmasından bir neçə saat sonra Azərbaycanın Gəncə, Tərtər, Bərdə kimi yaşayış məntəqələrinə raket və artilleriya zərbələri endirir. Nəticədə mülki insanlar arasında itkilər olub, hətta uşaqlar ölüb. Bildiyimə görə, ermənilərin belə hücumları nəticəsində bir ailənin 5 üzvü həlak olub. Dünya bu faktlar nəticəsində kimin təcavüzkar siyasət yürütdüyünü gördü.

Malik Ayyub Sumbal son hadisələrin ən sevindirici tərəfinin Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı əraziləri azad etməsi olduğunu deyib. Bildirib ki, bəlkə də ermənilər bunu gözləmirdilər. Çünki onlar bu münaqişənin gedişində həmişə müəyyən güclərin arxasında gizləniblər. Amma bu dəfə Ermənistan dünyanın heç bir yerindən ciddi dəstək ala bilmədi. Beləcə, Ermənistanın Azərbaycan qarşısında təkbaşına, öz gücünə dayana bilmədiyi üzə çıxdı. Azərbaycan işğal altındakı torpaqlarını azad etməklə ədaləti təkbaşına necə bərpa etməyi dünyaya göstərdi.

Tanınmış jurnalist vurğulayır ki, bu hadisələr Prezident İlham Əliyevin çox güclü lider olduğunu bir daha sübut etdi. Prezident İlham Əliyev Ali Baş Komadan kimi döyüş əməliyyatlarına rəhbərlik edir, müvafiq əmrlər verir.

Malik Ayyub Sumbal təsisçisi olduğu “Azərbaycanın dostları” şəbəkəsinin Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ münaqişəsi barədə reallıqların dünyaya çatdırılmasına çalışdığını deyib. O bildirib: “Azərbaycanda çalışdığım vaxtlarda arabir ovaxtkı təmas xəttində yerləşən bölgələrə, o cümlədən Tərtər, Füzuli, Bərdə rayonlarına səfər edərkən erməni vandallığının şahidi olmuşdum. Mən işğal olunmuş torpaqlardan didərgin düşən azərbaycanlılarla çox söhbət etmişəm. Onların hamısı öz evlərinə qayıtmaq istəklərini dəfələrlə bildiriblər. Hətta öldükdən sonra məhz doğulduqları torpaqlarında dəfn olunmaları barədə vəsiyyət ediblər. Bunlar çox həssas məsələlərdir. Elə o zaman düşünürdüm ki, Azərbaycan həqiqətlərinin, əsasən də Ermənistanın təcavüzü barədə dəqiq məlumatların dünyaya çatdırılması üçün nə edə bilərik. Nəhayət, “Azərbaycanın dostları” adlı şəbəkə yaratmaq qərarını verdik”.

Həmsöhbətimiz deyir ki, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi barədə daha çox məlumatlandırılmasına ehtiyac var. Çünki erməni təbliğatı Qarabağın min illər əvvəldən onlara məxsus olması barədə cəfəng fikirlər səsləndirirlər. Malik Ayyub Sumbal, həmçinin diqqətə çatdırıb: “Azərbaycan ədalət istəyir. Bizim şəbəkə də Azərbaycanın həqiqi dostlarını bir platformaya toplayaraq, bu ədalət istəyini dünyaya çatdırmağa çalışır. Ermənistan rəsmilərinin bəzi xarici media kanallarına müsahibələrində aparıcılar da təkid etdiyi kimi, biz real vəziyyəti müzakirə etməliyik. Reallıq isə ondan ibarətdir ki, ermənilər xarici qüvvələrin dəstəyi sayəsində Qarabağı işğal edib və həmin ərazilərdə qanunsuz məskunlaşdırma aparıblar. Bu, beynəlxalq hüquqa əsasən cinayətdir. Azərbaycan, sadəcə, öz ərazilərini Ermənistanın işğalından azad etmək istəyir. Ən böyük həqiqət məhz budur: “Qarabağ Azərbaycandır!”.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Malik Ayyub Sumbal: Ermənistan mülki insanları hədəfə almaqla Azərbaycan Ordusunun zəfər yürüşünə mane olmaq istəyir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub