Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Malik Həsənov: Üçüncü Brüssel görüşü Azərbaycanın növbəti qələbəsidir

Malik Həsənov: Üçüncü Brüssel görüşü Azərbaycanın növbəti qələbəsidir

Bakı, 24 may, AZƏRTAC

Tarixi Zəfərimizin yaratdığı reallıqların qəbulu istiqamətində atılan addımlar Azərbaycanın qalib ölkə kimi möhkəmlənən mövqeyinə işıq salır. Belə ki, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini qeyd edən dünya gücləri bunun üçün dəstəklərini göstərməyə hazır olduqlarını bildirirlər. Ötən il Moskva və Soçi görüşlərinin ardınca reallaşan Brüssel görüşü sülh gündəliyinin formalaşması ilə yadda qaldı. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüssel görüşlərinin davamlılığı qurumun vasitəçilik səylərini artırmaq istəyini nümayiş etdirir. Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə sayca üçüncü üçtərəfli görüşü baş tutdu. Hər bir görüş qarşıya qoyulan məqsədə nail olmaqda öz sözünü deyir. Bu baxımdan digər görüşlər kimi üçüncü Brüssel görüşü də müzakirə olunan məsələlərin əhatəliliyi və yekun nəticə baxımından diqqətçəkəndir. Müzakirələrdə əsas məqamlardan biri heç bir halda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi oldu. Artıq dünya gücləri postmünaqişə dövrünün reallıqlarını qəbul edir, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması fonunda regionda yeni reallıqların həyata keçirilməsində maraqlıdırlar. Bu günün əsas məsələsi sülh müqaviləsinin imzalanması, gələcəyə doğru addımların atılmasıdır. Bu addımlar öz növbəsində bölgədə etimad mühitinin yaradılmasına öz müsbət təsirini göstərəcək.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mayın 22-də keçirilən üçtərəfli görüşün yekunu ilə bağlı mətbuata açıqlamasında yer alan məqamlardan biri indiki halda yalnız Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi və hüquq məsələləri oldu: “Azərbaycan tolerant ölkədir. Müxtəlif xalqların, millətlərin nümayəndələri ölkəmizdə mehriban dostluq və qardaşlıq şəraitində yaşayırlar. Ermənilər də bütün digər etnoslar kimi eyni bərabər hüquqlara malikdirlər. Bu, Azərbaycanın prinsipial mövqeyidir. Azərbaycandan fərqli olaraq Ermənistan monoetnik ölkədir, orada ermənilərdən başqa heç kim yoxdur. Artıq bu faktın özü hazırkı mərhələdə bir çox məqamlara aydınlıq gətirir.”

“Dövlətimizin başçısı İlham Əliyevin istər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə keçirdiyi təkbətək görüşdə, istərsə də üçtərəfli görüşün nəticələrində işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi prosesi və itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlər əsas müzakirə mövzularından oldu”, - söyləyən M.Həsənov vurğulayıb ki, torpaqlarımızda bərpa-quruculuq işlərinə mane olan əsas amil minalardan təmizlənmə prosesinin çox vaxt tələb etməsidir: “Azərbaycan tərəfi beynəlxalq hüquq çərçivəsində dəfələrlə işğalçı Ermənistandan həmin ərazilərin mina xəritələrini tələb etdi. Ermənistan rəhbərliyi öncə belə xəritələrin onlarda olmamasını iddia etsə də Azərbaycan dövlətinin ciddi səyləri nəticəsində təqdim etmək məcburiyyətində qaldı. Amma həmin xəritələrin dəqiqlik göstəricisi 25 faizə yaxındır. Hər addımında tarixi Zəfərimizi həzm edə bilmədiyini qabarıq şəkildə büruzə verən Ermənistan ölkəmizin hansı imkanlara malik olduğunu yaxşı bilir. İlyarımdır işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin miqyasına diqqət yetirmək kifayətdir. Azərbaycan bütün işləri öz maliyyə imkanları hesabına görür. Çox böyük vəsait tələb edən minaların təmizlənməsi prosesi də ölkəmizin maliyyə imkanlarının təqdimatında mühüm rol oynayır. İşğalçı Ermənistan heç bir halda beynəlxalq hüququ nəzərə almadığı, bu prinsipləri kobud şəkildə pozduğu halda hansısa sanksiya ilə üzləşmədiyi üçün mina xəritələri ilə yanaşı, 4000-ə qədər soydaşımızın Birinci Qarabağ müharibəsində taleyi ilə bağlı məsələdə də Azərbaycana açıqlama vermək istəmir”.

M.Həsənov qeyd edib ki, 6 aprel görüşündə olduğu kimi, bu görüşün də nəticəsində yer alan əsas məqamlardan biri budur ki, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.

Diqqəti Prezident İlham Əliyevin 2022-ci il 23 may tarixli “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncamına yönəldən deputat bildirib ki, Azərbaycan istər 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda, eyni zamanda, digər görüşlərin yekun sənədində əksini tapan hər bir öhdəliyi uğurla yerinə yetirərək regionda dayanıqlı sabitliyə və təhlükəsizliyə nail olmaq istəyini təsdiqləyir. Təbii ki, Ermənistan da bu öhdəliklərə əməl etməlidir ki, sülh müqaviləsinin imzalanması reallaşsın.

M.Həsənov üçüncü Brüssel görüşünü də Azərbaycanın qələbəsi kimi dəyərləndirərək deyib: “Müzakirə olunan bütün məsələlərdə Azərbaycanın mövqeyi dəstəklənir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərini artıran Avropa İttifaqının vasitəçiliyi ədaləti və beynəlxalq hüququ özündə ehtiva edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Ötən gün 63 cinayətin üstü açılıb

Paytaxt sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə olunur? SİYAHI

Qəbələdə avtoxuliqanlıq edən sürücüyə inzibati həbs cəzası verilib

Fevralda nə üçün hər dörd ildən bir 29 gün olur?

Gənclər və İdman Nazirliyinin rəsmisi: Xankəndidə tarixi anlar yaşayırıq

Cavid Qurbanov: Bu gün Xankəndidə yarış keçiririksə, mənim üçün dünyada bundan yaxşı heç nə ola bilməz

Ramil İskəndərli: BMT-nin sessiyasında minaların təmizlənməsi məsələsində beynəlxalq dəstəyin vacibliyini diqqətə çatdırdım

Xankəndi-Bakı ultra marafonuna start verilib

Teleqram kanal sahibləri reklam gəlirlərini 50 faizədək əldə edə biləcəklər

Vyanada “Arzu balıq dastanı” təqdim olunub

Macarıstanda əhalinin sayı azalır

Ürək və beyin üçün diş sağlamlığına diqqət edilməlidir – Professor məsləhəti

Ermənistan Fransanın Cənubi Qafqazda neokolonializm siyasəti yeritməsi üçün bir vasitə olub ŞƏRH

Avropa İttifaqı ölkələrindən Azərbaycana minik avtomobillərinin tədarükü artıb

Azərbaycanla Mərakeş arasında nəqliyyat sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan yeni mərhələdə qarşısına qoyduğu prioritet məqsədlərə doğru inamla irəliləyir ŞƏRH

Corc Mayklın təsviri olan şəxsi kolleksiya sikkəsi buraxılıb

İsrailli ravvin ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasını Azərbaycanla bağlı qərəzli mövqeyinə görə qınayıb

Azərbaycan iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir - RƏY

Qusarda gənc qiraətçilərin beynəlxalq müsabiqəsinin dördüncü regional mərhələsi baş tutub

Türkiyə Kuboku: “Beşiktaş” “Konyaspor”a qalib gələrək yarımfinala vəsiqə qazanıb

XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına

Türkiyə Kuboku: “Trabzonspor” yarımfinala vəsiqə qazanıb

Heydər Əliyev adına Hərbi Liseyin müstəqil fəaliyyətə başlamasının ildönümü qeyd edilib

Azərbaycan Kuboku: "NTD-Indiqo" və "Sərhədçi" komandaları qalib olub

Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib

Bərdədə baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub YENİLƏNİB

Müdafiə Nazirliyi: Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir

Naxçıvanda şagirdlər arasında “Robotunu yarat” müsabiqəsi keçirilib

“Qarabağ mədəniyyəti” adlı ədəbi-bədii tədbir təşkil olunub YENİLƏNİB

Premyer Liqa: “Qarabağ” səfərdə “Qəbələ”ni darmadağın edib

Tacikistan nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Azərbaycanın güllə atıcıları Avropa çempionatında növbəti medalı qazanıblar

Böyük Britaniyanın Azərbaycandakı səfiri Qazaxda səfərdə olub

Azərbaycan-Türkiyə elmi əlaqələrinin yeni səhifəsi

XII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib

Məhəmməd Əmin Rəsulzadənin məzarı abadlaşdırılır

Xaçmazda daşıyıcı qaz xəttində sızma aradan qaldırılıb

"Qarabağ"ın əsas hücumçusu zədələnib

Mişel Lolo: Numeada dinc aksiyada saxlanılan fəallarımızın azad olunmalarını tələb edirik

Yüksək Liqa: "Gəncə"dən sürpriz qələbə

İmişlidə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

AMEA-nın prezidenti: Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması böyük hədəflərə hesablanmış layihədir

Daha iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Hesablama Palatası Gəncə Şəhər Birləşmiş Xəstəxanasında nöqsanlar aşkarlayıb

Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmə keçirilib YENİLƏNİB

Moskva Ermənistanı KTMT-nin tamhüquqlu üzvü hesab edir

Azərbaycan nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə Çin şirkətinin cəlb edilməsində maraqlıdır

® ABB daha bir vacib maliyyə xidmətini də rəqəmsallaşdırıb!

Beynəlxalq konfransda ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verilib

AMADA rəsmiləri WADA-nın konfransında iştirak edirlər

Azərbaycanın və Almaniya xarici işlər nazirləri regionda normallaşma və sülh prosesini müzakirə ediblər

Azərbaycan Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb

Dimitri Genegi: 36 il əvvəl imzalanan dekolonizasiya sazişi hələ də həyata keçirilməyib

Hesablama Palatası: Dövlət Agentliyinin satınalma müqaviləsi üzrə ödəmələrində Vergi Məcəlləsinin tələbləri gözlənilməyib

Azərbaycan həndbol millisi seçmə mərhələdə ilk qələbəsini qazanıb

Xorvatiyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri alman şirkətlərinin nümayəndələri ilə görüşüb

Azərbaycan və Səudiyyə Ərəbistanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun iclası keçirilib

Mariya Zaxarova: Kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun işi İrəvanın mövqeyinə görə ləngiyib

® Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat olub

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib VİDEO

AFFA İcraiyyə Komitəsinin təxirə salınmış iclasının vaxtı açıqlanıb

Türk investorlar Naxçıvanda baramaçılıq və ipəkçilik sahələrinə maraq göstərirlər

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən

“Ağbaba - Şörəyel İkinci Dünya savaşında həlak olanlar və itkin düşənlər” kitabının təqdimatı olub

Azərbaycan Gürcüstana benzin və dizel yanacağı ixrac edən ölkələr sırasında dördüncüdür

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyndən

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib

AFFA hakimlər üçün seminar təşkil edib

“Azercell” azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

Avstraliyada meşə yanğınları səbəbindən 30 min nəfər təxliyə ediləcək

"Araz Vadisi İqtisadi Zonası"nda quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq

RF XİN: Moskva İrəvan aeroportundan sərhədçiləri çıxarmaq təklifini dost addımı hesab etmir

Yüksək Liqa: “Abşeron” lideri məğlub edib

Qaradağda yerləşən bir sıra obyektlərdə içməli sudan qanunsuz istifadənin qarşısı alınıb

Elmi şuranın növbəti iclası keçirilib - rektor prioritet istiqamətləri açıqlayıb

BMCMİ əməkdaşlarının saxladığı 12 nəfərdən 46 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Gəncədə keçirilən əmək yarmarkasında 100-ə yaxın vakansiya təqdim olunub

UNEC ilə Kutaisi Beynəlxalq Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bakıda NATO-nun Birgə Qüvvələr Komandanlığı “Hərbi tibb kursu” keçirir

Laçında daha 24 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB FOTO VİDEO

İnternet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi artıb

Milli Ödəniş Sistemi vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlanıb

Siyəzəndə avtomobil yolu yenidən qurulub

Çin ABŞ-ı Tayvana silah satışını dayandırmağa çağırır

Müxtəlif məktəblərin müəllimləri bir məktəbdə nümunəvi dərslər keçiblər

Berlində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib

Koronavirus hər hansı infeksion xəstəliyin törədicisindən daha yoluxucudur

Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir

“SİMA İmza” ilə mağazaya getmədən kreditlə məhsul almaq mümkün olub

“Sabah”ın futbolçusu karyerasını İsraildə davam etdirə bilər

Səudiyyə Ərəbistanı Ukrayna müharibəsində vasitəçilik missiyasını davam etdirəcək

Ötən il Azərbaycanda “ApplePay” və “GooglePay” vasitəsilə 2,7 milyard manatlıq ödəniş edilib

Ukrayna öz ərazisində əcnəbi hərbçilər yerləşdirilməsi barədə müraciət etməyib

Britaniya hökuməti deputatların təhlükəsizliyinə 31 milyon funt sterlinq ayırır

Ötən il ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb

Baş prokuror Qaradağ rayonunda vətəndaşlarla görüşüb