İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatası Ukrayna və Belarusun milli bankları ilə əməkdaşlıq edəcək

Bakı, 12 noyabr, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Ukrayna və Belarusun milli bankları ilə əməkdaşlıq edəcək.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ukrayna və Belarus milli bankları ilə MBNP arasında anlaşma memorandumunun mətni razılaşdırılıb və yaxın günlərdə imzalanması gözlənilir.

Qeyd edək ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası 60-dək beynəlxalq təşkilat və xarici ölkələrin nəzarət qurumu ilə məhsuldar əməkdaşlıq edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.