İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatası auditor axtarır
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası auditor axtarır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, palata 2018-ci ilin yekunlarına görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun illik maliyyə hesabatlarının audit olunması xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib. Sorğuda iddiaçı kimi iştirak etmək istəyənlər Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasına, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanına (əlaqələndirici şəxs: Rüstəm Kərimov, telefon: +99412 493-50-58/285: Faks: +99412 498-12-14.) müraciət edə bilərlər.
Eyni zamanda, imzalanmış və möhürlənmiş kotirovka təkliflərini yanvarın 11-i saat 17:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.
İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.