İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatası banklara xəbərdarlıq edib
Bakı, 4 noyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanın kommersiya banklarına valyuta alqı-satqısında tətbiq olunan marja ilə bağlı növbəti xəbərdarlıq məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Eyni zamanda, bankların yüksək menecerləri ilə MBNP-da xüsusi görüş keçirilib. Görüşdə bəyan edilib ki, hər hansı bir bank indiki həssas dövrdə valyuta mübadilələri əməliyyatlarının aparılması zamanı qanunvericiliyin tələblərini pozarsa, ona qarşı ən ciddi tədbirlər görüləcək.
“Bankların bütün valyuta əməliyyatlarına nəzarət etmək mümkün deyil. Banklar ayda bir dəfə bizə hesabat verir və həmin hesabat əsasında onların vəziyyətini qiymətləndiririk. Əgər hər hansı bank, onun filialı, şöbəsi, satış nöqtələri qanunu pozarsa, biz dərhal müvafiq tədbirlər görürük. Bunun üçün bizə müraciət etmək lazımdır və bu müraciətlər əsasında lazımi addımlar atılacaq”, – deyə R.Aslanlı qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]