İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyasının fəaliyyəti açıqlanıb

Bakı, 22 aprel, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Apellyasiya Komissiyasının fəaliyyəti ilə bağlı bəyanat yayıb.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu il fevralın 28-də təsdiq edilmiş "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmandan irəli gələn müraciətlərin araşdırılması məqsədilə MBNP-də Apellyasiya Komissiyası yaradılıb. Fəaliyyətə başladığı dövrdən Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmaqdadır. Daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edilən hallarda isə bu müddət 30 iş günü uzadıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.