İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi təsdiqlənib

Bakı, 4 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Nizamnaməyə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), valyuta mübadiləsi fəaliyyəti və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və həmin sahələrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin edir. Palata ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Palatanın fəaliyyətinin məqsədi maliyyə bazarları sahəsinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və bu sahəyə nəzarəti həyata keçirmək, Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır. Palata bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyəti həyata keçirərkən maliyyə bazarlarının tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartları əsas götürür.

Palatanı idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir.

Palatanın nizamnamə fondu 5 000 000 manatdır. Palatanın ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.