İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Nur-Sultanda beynəlxalq forumda iştirak edib

Bakı, 17 may, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatasının Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin direktoru vəzifəsini icra edən Samir İsmayılov Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının "İnfrastruktur investisiyaları və borcalmanın dayanıqlılığının balanslaşdırılması" mövzusunda Nur-Sultan şəhərində keçirilmiş forumda iştirak edib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forumda infrastruktur investisiyaları, fiskal və borcalma strategiyaları, habelə infrastruktur layihələrinin kapital bazarları vasitəsilə maliyyələşdirilməsi imkanları barədə təcrübə mübadiləsi aparılıb, bu sahədə beynəlxalq maliyyə institutlarının rəhbər şəxsləri və ekspertləri tərəfindən tədbir iştirakçılarına tövsiyələr verilib.

S.İsmayılov forumun panel müzakirələrində iştirak edib və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən davamlı islahatlar, onların ölkənin fiskal siyasətinə və investisiya mühitinə müsbət təsiri, dövlət borcalmasının həyata keçirilməsində ölkənin kapital bazarlarının təklif etdiyi imkanlar və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya" barədə məlumat verib. O, Azərbaycan hökuməti tərəfindən dövlət qiymətli kağızları bazarının inkişaf etdirilməsi və beləliklə də tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə xarici borcalmaların əvəzlənməsinin hədəfləndiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.