Maliyyə Nazirliyi ötən il 225 milyon 710 manat artıq və əsassız ödəniş aşkarlayıb
AzerTAg.az

Bakı, 30 yanvar, AZƏRTAC
2022-ci il ərzində aparılmış nəzarət tədbirləri ilə vəsaitin xərclənməsini tənzimləyən qanunvericiliyin, maliyyə qaydalarının və normalarının tələblərinə əməl edilməməsi hesabına büdcə vəsaitlərinin artıq və əsassız xərcləndiyi, bəzi hallarda ciddi maliyyə pozuntularına yol verildiyi aşkarlanıb.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Samir Şərifov 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.
“İl ərzində ümumilikdə 185 nəzarət obyektində aşkar olunmuş 225 milyon 710 min manat məbləğində artıq və əsassız ödənişlərin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib. Qalan vəsaitin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür”, - deyə maliyyə naziri qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var