Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Maliyyə Nazirliyi ötən il üzrə dövlət və icmal büdcənin icrasına dair məlumatı açıqlayıb

Maliyyə Nazirliyi ötən il üzrə dövlət və icmal büdcənin icrasına dair məlumatı açıqlayıb

Bakı, 21 yanvar, AZƏRTAC

Maliyyə Nazirliyi 2021-ci il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, operativ məlumata əsasən 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat proqnoza qarşı 3,8 faiz və ya 968,5 milyon manat artıq icra olunaraq 26 milyard 395,5 milyon manat təşkil edib. Bu 2020-ci illə müqayisədə 1 milyard 713,8 milyon manat və ya 6,9 faiz çoxdur. Qeyri-neft sektoru üzrə daxilolmalar 12 milyard 859,2 milyon manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1 milyard 208,2 milyon manat və ya 10,4 faiz, 2020-ci illə müqayisədə isə 2 milyard 179,6 milyon manat və ya 20,4 faiz çoxdur.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 8 milyard 531,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1 milyard 281,4 milyon manat və ya 17,7 faiz, 2020-ci illə müqayisədə isə 1 milyard 144,2 milyon manat və ya 15,5 faiz çoxdur.

Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 4 milyard 343 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 443 milyon manat və ya 11,4 faiz, 2020-ci illə müqayisədə isə 404,8 milyon manat və ya 10,3 faiz çoxdur.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 12 milyard 200 milyon manat məbləğində transfertə qarşı 11 milyard 350 milyon manat məbləğində transfert daxil olub. Hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika və xərclər üzrə ilin sonuna gözlənilən icra göstəriciləri Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 850 milyon manat və ya 7 faiz az istifadə olunmasına imkan verib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 16,2 milyon manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 5,2 milyon manat və ya 47,3 faiz, 2020-ci illə müqayisədə isə 5,9 milyon manat və ya 57,3 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 612,9 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 16,8 milyon manat və ya 2,8 faiz çoxdur. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 880 milyon manat, Azərbaycan Respublikası Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına 250 milyon manat və yaxud proqnozla nəzərdə tutulmuş məbləğlərdə vəsait daxil olub. Dövlət büdcəsinə sair daxilolmalar üzrə 412 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 176 milyon manat və ya 74,6 faiz çoxdur. 2021-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 8 milyard 523,9 milyon manat icra olunub.

Operativ məlumata əsasən, 2021-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 96 faiz və ya 27 milyard 412,5 milyon manat icra olunub ki, bu da 2020-ci illə müqayisədə 996,2 milyon manat və ya 3,8 faiz çoxdur.

Strukturuna görə 2021-ci il dövlət büdcəsi xərclərinin 16 milyard 588,3 milyon manatı cari xərclərə (2020-ci illə müqayisədə 68,6 milyon manat və ya 0,4 faiz az), 8 milyard 625,4 milyon manatı əsaslı xərclərə (2020-ci illə müqayisədə 592,2 milyon manat və ya 7,4 faiz çox), 2 milyard 198,8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci illə müqayisədə 472,6 milyon manat və ya 27,4 faiz çox) yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 10 milyard 297,1 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2020-ci illə müqayisədə 642,9 milyon manat və ya 6,7 faiz çoxdur.

Ötən ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 9 milyard 700,4 milyon manat icra olunub. 2021-ci il dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat proqnozlaşdırılsa da faktiki kəsir 1 milyard 17 milyon manat təşkil etməklə proqnoza qarşı 2 milyard 99 milyon manat və ya 67,4 faiz az olub. Büdcə kəsirinin ümum daxili məhsula nisbəti 1,1 faiz (proqnoza nisbətən 2,7 faiz-bənd az) təşkil edib. Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (346,6 milyon manat), daxili və xarici borclanma (557,7 milyon manat) və dövlət əmlakının özəlləşdirməsindən (112,7 milyon manat) daxil olan vəsait hesabına həyata keçirilib.

Operativ məlumata əsasən, 2021-ci il icmal büdcəsinin gəlirləri 33 milyard 902,9 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 10 milyard 74,8 milyon manat və ya 42,3 faiz, 2020-ci illə müqayisədə isə 9 milyard 437,7 milyon manat və ya 38,6 faiz çoxdur. İcmal büdcənin xərcləri 29 milyard 980,6 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 820,5 milyon manat və ya 2,8 faiz çoxdur. İcmal büdcə 7 milyard 335,3 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 milyard 922,3 milyon manat büdcə artıqlığı ilə (profisit) yekunlaşıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik