İQTİSADİYYAT


Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 14 mart, AZƏRTAC

“Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105004698 ISIN kodlu, tədavül müddəti 728 gün olan 30 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, AZ0105004698 ISIN kodlu dövlət istiqrazları üçün investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 106.6 milyon manat olub.

Maliyyə Nazirliyi tərəfindən 30 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.0159 manat (gəlirlilik 8.0000 faiz) səviyyəsində müəyyənləşdirilib. İstiqrazlar 2020-ci il martın 10-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.