İQTİSADİYYAT
Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
“Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0106003756 ISIN kodlu, tədavül müddəti 1092 gün olan 15 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, AZ0106003756 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 25 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 15 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.0776 (gəlirlilik 8.9699 faiz) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 2022-ci il fevralın 22-sidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]