İQTİSADİYYAT
Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları üzrə hərrac keçiriləcək
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 6-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, istiqrazların ümumi həcmi 10 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 91 gün, ödəmə tarixi sentyabrın 5-dir. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmaması şərti ilə qəbul edilməsinə icazə verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]