İQTİSADİYYAT


Maliyyə Nazirliyinin əməkdaşları türkiyəli həmkarları ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər

Maliyyə Nazirliyinin əməkdaşları türkiyəli həmkarları ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakı, 28 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Büdcə və Maliyyə Nəzarəti Baş İdarəsinin şöbə müdiri Kamal Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında təcrübə mübadiləsinin aparılması məqsədilə ölkəmizdə səfərdə olan türkiyəli dövlət qulluqçuları əvvəlcə nazirliyin büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə mərkəzi, muzey və kitabxana ilə tanış olublar. Qonaqlar, həmçinin nazirliyin son illərdə keçdiyi inkişaf yolundan bəhs edən filmə baxıblar.

Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanov Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirərək, maliyyə nazirlikləri arasında da sıx əməkdaşlıq yaradılmasının zəruriliyini vurğulayıb. Türkiyəli qonaqlara Maliyyə Nazirliyinin fəaliyyəti barədə geniş məlumat verilib.

Türkiyə Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri Kamal Çelik dövlət qulluğu sahəsində qarşılıqlı səfərlərin hər iki ölkənin dövlət qulluqçuları üçün faydalı olduğunu qeyd edib.

Sonra Maliyyə Nazirliyi Aparatının aidiyyəti şöbələrinin nümayəndələrinin iştirakı ilə dövlət büdcəsinin tərtibi prosesi, büdcə qanunvericiliyi, büdcənin gəlir və xərc hissələrinin yerinə yetirilməsi, Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul və digər mövzularda fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.