İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0102019541 ISIN-li, 20 mln manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 94.0051 AZN (12,8601 faiz) və 96.6452 AZN (7,0000 faiz) olan 22 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7277 AZN (8,9999 faiz), orta ölçülmüş qiyməti 95.7845 AZN (8,8749 faiz) müəyyənləşdirilib. İstiqrazların nominal qiymətlə ümumi məbləği 56,866,800.00, yerləşdirilmiş həcmi isə 20 milyon manat olub.

İstiqrazlar 2019-cu il fevralın 20-də ödəniləcək. Hərrac iştirakçıları avqustun 23-dək tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.