İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 14-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 30 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 5 investor tərəfindən qiyməti 93.0697 AZN (12.0000 faiz) və 97.3600 AZN (9.4800 faiz) olan 11 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.7422 AZN (11.0000 faiz), orta ölçülmüş qiyməti 95.4449 AZN (10.5867 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46 451 500 AZN, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib. İstiqrazlar 2020-ci il avqustun 11-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.