İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 30 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 6 investor tərəfindən qiyməti 93.0697 AZN və 101.8365 AZN olan 10 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.1817 AZN və orta ölçülmüş qiyməti 101.8035 AZN müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43.802,500,00, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib. İstiqrazlar 2020-ci il oktyabrın 6-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.