İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 40 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 89.3119 AZN (12.033 faiz) və 93.5785 AZN (6.8999 faiz) olan 26 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8869 AZN (7.6999 faiz), orta ölçülmüş qiyməti 93.3607 AZN (7.1506 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 82, 433, 800, 00 AZN yerləşdirilmiş həcmi isə 40 milyon manat təşkil edib. İstiqrazlar 2020-ci il oktyabrın 6-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.