İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 30 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti 96.4540 AZN (10.0000 faiz) və 100.5464 AZN (7.7000 faiz) olan 19 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (8.0000 faiz), orta ölçülmüş qiyməti 100.0661 AZN (7.9635 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 28 344 200.00 AZN, yerləşdirilmiş həcmi isə 21 071 600,00 AZN təşkil edib.
İstiqrazlar 2020-ci il noyabrın 10-da ödəniləcək.