İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 40 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 90.9544 AZN (10.000 faiz) və 94.1039 AZN (6.3000 faiz) olan 21 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92.8869 AZN (7.7000 faiz), orta ölçülmüş qiyməti 92.9934 AZN (7.5760 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 113 391 200,00 AZN, yerləşdirilmiş həcmi isə 40 milyon manat təşkil edib.

İstiqrazlar 2020-ci il noyabrın 19-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.