İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106018697 ISIN-li, 30 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 7 investor tərəfindən qiyməti 95.4653 AZN (10.8100 faiz) və 100.2583 AZN (8.9000 faiz) olan 10 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.0000 AZN (9.0000 faiz), orta ölçülmüş qiyməti 100.0274 AZN (8.9893 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31 834 800.00 AZN, yerləşdirilmiş həcmi isə 20 180 000,00 AZN təşkil edib.

İstiqrazlar 2021-ci il noyabrın 23-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.