İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 18 dekabr, AZƏRTAC

Dekabrın 18-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104013682 ISIN-li, 40 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 9 investor tərəfindən qiyməti 90.0000 AZN (11.1723 faiz) və 93.1450 AZN (7.4000 faiz) olan 16 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8440 AZN (7.7500 faiz), orta ölçülmüş qiyməti 92.9064 AZN (7.6772 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116 194 700, 00 AZN, yerləşdirilmiş həcmi isə 40 milyon manat təşkil edilib.

İstiqrazlar gələn il dekabrın 17-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.