İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.2062 AZN (9.0000 faiz) və 100.3638 AZN (7.8000 faiz) olan 10 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.0181 AZN (7,99 faiz), orta ölçülmüş qiyməti 100.0442 AZN (7,9756 faiz) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43 milyon 610 min 400 manat, yerləşdirilmiş həcmi isə 20 milyon manatdır.
İstiqrazlar 2021-ci il fevralın 9-da ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]