İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 91.7846 AZN (9.0000 faiz) və 93.5000 AZN (6.9901 faiz) olan 30 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93.2756 AZN (7.2488 faiz), orta ölçülmüş qiyməti 93.3026 AZN (7.2176 faiz) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 114 milyon 637 min 900 manat, yerləşdirilmiş həcmi isə 25 milyon manatdır.

İstiqrazlar 2020-ci il fevralın 18-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.