İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.0000 faiz) və 93.4100 AZN (7.0937 faiz) olan 28 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92.4768 AZN (8.1800 faiz), orta ölçülmüş qiyməti 93.0444 AZN (7.5167 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 83 milyon 441 min 300 AZN, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edib. İstiqrazlar 2020-ci il aprelin 14-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.