İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10 faiz) və 93.8405 AZN (6.6 faiz) olan 26 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93.1450 AZN (7.4 faiz), orta ölçülmüş qiyməti 93.1998 AZN (7.3365 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,228.500 AZN, yerləşdirilmiş həcmi isə 25 milyon manatdır. İstiqrazlar gələn il mayın 12-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.