İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104008740 ISIN-li, 30 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 92.6302 AZN (8 faiz) və 94.3866 AZN (5,98 faiz) olan 21 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9281 AZN (6,5 faiz), orta ölçülmüş qiyməti 93.9844 AZN (6,43 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 94 milyon 869 min 400 AZN, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib.

İstiqrazlar 2020-ci il avqustun 18-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.